"Arsenal" zədəli oyunçusunu Çempionlar Liqası üçün sifariş etdi
07.02.2024 - 00:22
"Arsenal" zədəli oyunçusunu Çempionlar Liqası üçün sifariş etdi

"Arsenal" Çempionlar Liqasının pley-off matçları üçün iştirak ərizəsini açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıda Yurren Timberin də adı yer alıb.

Niderlandlı müdafiəçi Premyer Liqanın 1-ci turunun “Nottingem”lə oyununda (2:1) zədələndikdən sonra komandadan uzaq qalıb. Ön çarpaz bağın yırtılmasından əziyyət çəkən futbolçunun yaşıl meydanlara nə zaman dönəcəyi məlum deyil.

Qeyd edək ki, Timber ötən yay 40 milyon avroya "Ayaks"dan "Arsenal"a keçib.

writer photo
İsmayıl Xeyrullayev
0