Arteta "Barselona"nın maraq dairəsində
06.03.2024 - 20:28
Arteta "Barselona"nın maraq dairəsində

"Barselona" baş məşqçi postuna yeni namizədləri nəzərdən keçirir.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi Mikel Arteta ilə maraqlanır.

“Arsenal”ın çalışdırıcısı kataloniyalıların idman direktoru Deko və prezidenti Xuan Laportanın xüsusilə bəyəndiyi mütəxəssislər arasındadır. İspaniya təmsilçisi onun fəaliyyətinə ciddi nəzarət edir. Klub nümayəndələri Artetanın nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, o, 2019-cu ilin dekabrından "Arsenal"ı çalışdırır. 

writer photo
İsmayıl Xeyrullayev
0