“Aston Villa” 2 oyunçusu ilə yollarını ayırmağa hazırdır
10.01.2024 - 22:34
“Aston Villa” 2 oyunçusu ilə yollarını ayırmağa  hazırdır

"Aston Villa"da 2 ayrılıq baş verə bilər.

Apasport.az xəbər verir ki, klub hücumçu Bertran Traore və müdafiəçi Kalum Çembers ilə yollarını ayırmaq niyyətindədir.

Sərfəli təkliflər olarsa, "aslanlar" oyunçularla vidalaşmağa hazırdır. Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq" və İtaliya "Milan"ı Traore ilə maraqlanır. 

Qeyd edək ki, Çembers "Aston Villa"ya 2022-ci ilin yanvarında, Bertran isə 2023-cü ilin qışında qoşulub.

writer photo
İsmayıl Xeyrullayev
0