Bonuççi "Fənərbaxça" yolunda
08.01.2024 - 00:49
Bonuççi "Fənərbaxça" yolunda

"Union"un müdafiəçisi Leonardo Bonuççi komandanı tərk etməyə yaxındır.

Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirə bilər.

Almaniya mətbuatında futbolçunun "Fənərbaxça"ya keçəcəyi bildirilir. Qeyd edilir ki, istanbullular təcrübəli arxa xətt oyunçusunun tibbi müayinəsinin gününü də təyin edib. 36 yaşlı müdafiəçi Berlin klubunun futbolçuları və idarə heyəti ilə artıq vidalaşıb. O, bazar ertəsi komandanı tərk edəcək. 

Qeyd edək ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a keçib.

writer photo
İsmayıl Xeyrullayev
0