"Bayer"i dayandıran tapılmır
13.01.2024 - 20:58
"Bayer"i dayandıran tapılmır

Almaniya Bundesliqasında 17-ci turun matçları keçirilir. 

Apasport.az xəbər verir ki, "Bayer" səfərdə "Auqsburq"u məğlub edib - 1:0.

Bununla da, Leverkuzen təmsilçisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb. Komanda sonuncu dəfə mayın 27-də "Bohum"a uduzub - 0:3.

Sonrakı 26 matçda Xabi Alonsonun yetirmələri "Teutonia Ottensen" (8:0), "Leypsiq" (3:2), "Borussiya" (Mönhenqladbax) (3:0), "Darmştadt" (5:1), "Hakken" (4:0), "Heydenheym" (4:1), "Mayns" (3:0), "Mölde" (2:1), "Köln" (3:0), "Volfsburq" (2:1), “Qarabağ” (5:1), “Frayburq” (2:1), “Sandhauzen” (5:2), “Hoffenhaym” (3:2), “Qarabağ” (1:0), “Union” (Berlin) (4:0), “Verder” (3:0), "Hakken" (2: 0), "Paderborn" (3:1), "Mölde" (5:1), "Ayntraxt" (3:0), "Bohum" (4:0) və "Auqsburq"u (1:0) məğlub edib. Komanda həmçinin, "Bavariya" (2:2), "Borussiya" (Dortmund) (1:1) və "Ştutqart"la (1:1) bərabərliyə imza atıb.

Qeyd edək ki, "Bayer" növbəti matçını yanvarın 20-də Bundesliqanın 18-ci turu çərçivəsində səfərdə "Leypsiq"ə qarşı keçirəcək.

writer photo
İsmayıl Xeyrullayev
0