"Beşiktaş"ın forvardı "Hatayspor" yolunda
04.09.2024 - 23:30
"Beşiktaş"ın forvardı "Hatayspor" yolunda

"Beşiktaş"da heyət islahatları davam edir.

Apasport.az "Aspor"a istinadən xəbər verir ki, klub daha bir futbolçu ilə yollarını ayırmaq üzrədir.

Söhbət komandanın forvardı Vinsen Abubakardan gedir. Yeni baş məşqçi Ciovanni van Bronkhorstun forma şansı vermədiyi kamerunlu "qara qartal"ı tərk edir.

O, karyerasını Türkiyə Super Liqasının digər komandasında davam etdirəcək. Ulduz futbolçunun "Hatayspor"a transfer olması gözlənilir.

Qeyd edək ki, Ciro İmmobilenin "Beşiktaş"a keçidindən sonra Abubakar rəsmi matça çıxmayıb.

writer photo
İsmayıl Xeyrullayev
0