"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu
07.01.2024 - 20:22
"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komandanı Fernando Santoş çalışdıracaq. Mütəxəssislə imzalanan müqavilənin detalları bildirilməyib. Joao Karlos Kosta, Paulo Mendes, Justino Fernando, Rikardo Miguel Santos, Jorge Rosario isə çalışdırıcının koməkçiləri təyin edilib.
Qeyd edək ki, Santoşun son iş yeri Polşa millisi olub.
- “Qarabağ” “Səbail”i belə məğlub etdi - VİDEO
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
- Dovbik dekabrın ən yaxşısı seçildi
- Bıçaqlanan futbolçu barədə açıqlama - Ölüm təhlükəsi varmı?
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
0
0