"Çelsi"dən Nikolas Cekson qərarı
01.09.2024 - 16:54
"Çelsi"nin hücumçusu Nikolas Ceksonun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klub seneqallı futbolçunu komandada saxlayacaq.
"Zadəganlar" onunla yeni müqavilə imzalamağı düşünür. Sözləşmə 2033-cü ilin iyununa qədər nəzərdə tutulub. Klub rəhbərliyinin forvarda böyük ümidlər bəslədiyi bildirilir.
Xatırladaq ki, 23 yaşlı hücumçu 2023-cü ilin iyulunda “Vilyarreal”dan “Çelsi”yə keçib. O, ötən mövsüm komandada 44 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Mərdəkanda qalib bəlli olmadı - YENİLƏNİB
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- “Araz-Naxçıvan”dan vacib qərar: Legionerin durumuna aydınlıq gəldi
- Təməli yenidən atılan "İmarət"in son oyunlarında nələr baş verib? - KEÇMİŞƏ SƏYAHƏT
- "Araz-Naxçıvan"ın futbolçularından xüsusi uğur
0
0