"Çelsi"nin yay planı
14.03.2024 - 21:12
"Çelsi"nin yay planı

"Çelsi" heyətində dəyişikliklər etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bir neçə futbolçu komandanı tərk etməyə yaxındır.

Klub rəhbərliyi hücumçu Romelu Lukaku və qapıçı Kepa Arrizabalaqa ilə yollarını ayırmağı planlaşdırır. "Zadəganlar" onları satmaq niyyətindədir. Londonlular 30 yaşlı belçikalı və 29 yaşlı ispaniyalının satışından ümumilikdə 117 milyon avro qazanmaq istəyir. Bu səbəbdən "mavilər" Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır.

Qeyd edək ki, bu mövsüm Lukaku icarə əsasında “Roma”da, Kepa isə "Real"da çıxış edir. 

writer photo
İsmayıl Xeyrullayev
0