Firmino Premyer Liqa klubuna təklif olundu
04.01.2024 - 23:59
Firmino Premyer Liqa klubuna təklif olundu

Roberto Firmino Premyer Liqaya qayıda bilər.

Apasport.az xəbər verir ki, “Əl-Əhli”nin forvardı İngiltərəyə dönməyə yaxındır.

O, “Fulhem”ə təklif olunub. Londonlular yayda "Əl-Hilal"a yollanan Aleksandar Mitroviçə əvəzləyici axtarır.

Qeyd edək ki, Firmino "Əl-Əhli"də 17 görüşdə 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0