İkardi "İnter"ə qayıda bilər
06.01.2024 - 00:22
İkardi "İnter"ə qayıda bilər

"Qalatasaray"ın hücumçusu Mauro İkardi İtaliyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, argentinalı daha əvvəl çıxış etdiyi "İnter"ə keçməyi düşünür.

Lakin "neradzurri" hazırda forvardı geri qaytarmaq variantını nəzərdən keçirmir. Üstəlik, futbolçunun 10 milyon avro maaşı da milanlılar üçün çox yüksəkdir.

Qeyd edək ki, İkardi 2013-19-cu illərdə "İnter"in şərəfini qoruyub.

writer photo
İsmayıl Xeyrullayev
0