İspaniya kubokunun oyunu yarımçıq dayandırıldı
08.01.2024 - 00:05
İspaniya kubokunun oyunu yarımçıq dayandırıldı

İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, "Unionistas de Salamanka" - "Vilyarreal" matçı (1:1) yarımçıq dayandırılıb.

Buna səbəb "Reyna Sofiya" stadionunun işıqlandırmasında nasazlıq yaranması olub. Qarşılaşma 90 dəqiqə davam edib. Lakin əlavə vaxt zamanı işıqlar sönüb. Baş hakim görüşü təxirə salıb.

Qeyd edək ki, matçın davamının nə zaman oynanılacağı hələ ki, məlum deyil.

 

writer photo
İsmayıl Xeyrullayev
0