Keyndən daha bir rekord
11.09.2024 - 19:47
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, buna Millətlər Liqasında Finlandiya ilə oyunda dubl edərək nail olub.
Hücumçu “Uembli”də keçirdiyi 35-ci oyununda 27-ci qolunu vuraraq bu uğura imza atıb. Öz yeni rekordunu Keyn artıq gələn ay yeniləyə bilər. Oktyabrın 10-da İngiltərə yığması evdə yunanları qəbul edəcək.
Qeyd edək ki, millidə 100-cü oyununa çıxan forvard indiyə qədər komandasının 85 qolunda iştirak edib. O, 68 qol vurub və 17 məhsuldar ötürmə edib.
- Azər Bağırov: “Bu gün 2 xal itirdik”
- "Kocaelispor" ayağının tozu ilə "Qarabağ"dan futbolçu istəyir - HƏM DƏ YERLİ
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- Merab Dvalişvili: “Nazim üçün oktaqonda sürpriz hazırlamışıq”
- Kaxaber Tsxadadze: “Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür”
0
0