"Leypsiq" "Bayer"in seriyasına son qoydu
01.09.2024 - 09:51
"Leypsiq" "Bayer"in seriyasına son qoydu

Almaniya Bundesliqasında II turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Bayer" "Leypsiq"lə qarşılaşıb.

Görüş "buğalar"ın qələbəsi ilə nəticələnib - 3:2. Bununla da Xabi Alonsonun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası sona çatıb. Komanda ölkə çempionatında 35 matçdan sonra ilk yenilgisini alıb.

Qeyd edək ki, "Bayer" Bundesliqada sonuncu dəfə ötən ilin mayında məğlub olub. Leverkuzenlilər "Bohum" qarşısında aciz qalıb - 0:3. 

writer photo
İsmayıl Xeyrullayev
0