Vüsal oynadı, komandası qələbə qazandı
08.03.2024 - 23:53
Vüsal oynadı, komandası qələbə qazandı

Türkiyə 1-ci Liqasında 26-cı turun oyunları baş tutur.

Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" növbəti matçını keçirib.

Komanda “Girəsinspor”u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1.

Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, matçın 89-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 42 xal toplayan “Boluspor” 6-cı pilləyə yüksəlib.

writer photo
İsmayıl Xeyrullayev
0