Noyer yenidən zədələndi
06.02.2024 - 21:10
Noyer yenidən zədələndi

"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib.

Apasport.az xəbər verir ki, qolkiperin durumu qeyri-müəyyəndir.

Onun yaşıl meydanlara nə zaman dönəcəyi məlum deyil. Komandanın istirahət günü ərzində Noyer 20 dəqiqə tibbi müayinədə olub. Qapıçı bu gün dizindəki problemlərə görə məşq etməyib. 

Xatırladaq ki, 2023-cü ilin yanvarında Noyer tətildə xizək sürərkən ayağını sındırmışdı. 

writer photo
İsmayıl Xeyrullayev
0