"Lion" "Lill"i məğlub edərək 1/4 finala yüksəldi
07.02.2024 - 23:28
"Lion" "Lill"i məğlub edərək 1/4 finala yüksəldi

Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "Lion" "Lill"i qonaq edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1. "Aslanlar" Cift Orban və Rayan Şerkinin qolları ilə 1/4 finala yüksəlib. Qonaqların heyətində isə Alexandro fərqlənib.

Qeyd edək ki, "Lion"un rəqibi püşkatmadan sonra müəyyənləşəcək.

writer photo
İsmayıl Xeyrullayev
0