Qadın millimizdən inamlı qələbə
21.09.2024 - 00:08
Qadın millimizdən inamlı qələbə

Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadası davam edir.

Apasport.az xəbər verir ki, bu gün IX tura start verilib.

Kişilərdən ibarət yığmamız Yunanıstanla qarşılaşıb. Tərəflər görüşü bərabərə yekunlaşdırıb - 2:2.

Qadınlardan ibarət millimiz İsveçrə ilə üz-üzə gəlib. Yığmamız 4:0 hesablı qələbəyə sevinib.

Ümumdünya Şahmat Olimpiadası
Kişilər

Yunanıstan – Azərbaycan - 2:2
Nikolas Teodoro – Aydın Süleymanlı - 1:0
Stamatis Kourkoulos-Artidis – Rauf Məmmədov - 0:1
İonnis Papaioanou – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Andreas Kelires – Məhəmməd Muradlı - 0,5:0,5

Qadınlar
İsveçrə - Azərbaycan - 0:4

Aleksandra Kostenyuk - Günay Məmmədzadə - 0:1
Lena Georgesku - Ülviyyə Fətəliyeva - 0:1
Sofiya Xrızlova - Gövhər Beydullayeva - 0:1
Mariya Manko - Xanım Balacayeva - 0:1

 

writer photo
İsmayıl Xeyrullayev
0