Rudigerdən təqdirəlayiq addım
09.01.2024 - 22:57
Rudigerdən təqdirəlayiq addım

"Real"ın müdafiəçisi Antonio Rudiger təqdirəlayiq addım atıb.

Apasport.az xəbər verir ki, o, Berlində evsiz insanlar üçün kompaniya təşkil edib.

Futbolçu ehtiyacı olanlara 1700-ə yaxın əşya hədiyyə edib. Bunların arasında məşhur markaların köynək, şalvar, üst geyimi və idman ayaqqabıları kimi məhsulları var.

Qeyd edək ki, almaniyalı "Real"a 2022-ci ilin yayında keçib.

writer photo
İsmayıl Xeyrullayev
0