“Liverpul”dan növbəti transfer: Uqo Ekitike
21.07.2025 - 16:10
Premyer Liqa təmsilçisi “Liverpul” heyətini Uqo Ekitike ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə çempionu fransalı hücumçu üçün “Ayntraxt”la razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisaydlılar 22 yaşlı forvard üçün Bundesliqa təmsilçisinə 95 milyon avro ödəyəcək.
Gənc futbolçu bu gün tibbi yoxlanışdan keçmək və müqavilə imzalamaq üçün Enfildə yollanacaq. Tərəflər 6 illik sözləşməyə qol çəkəcəklər.
Qeyd edək ki, Uqo Ekitike “Ayntraxt”a 2024-cü ildə 16,5 milyon avroya PSJ-dən transfer edilib.
- “Zirə” üçün önəmli qərar: RENATOYA CİDDİ MÜŞTƏRİLƏR VAR
- Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub
- Ronaldonun komandasından heç-heçə ilə start
- Rəşad Sadıqov "biletini kəsdi": Azərbaycanı tərk etdi - ÖZƏL
- AFFA oyuna hakim göndərmədi: MATÇIN TARİXİNİ UNUDUB
0
0