Premyer Liqadan "Qalatasaray"a - RƏSMİ
02.02.2024 - 21:41
Premyer Liqadan "Qalatasaray"a - RƏSMİ

"Qalatasaray" daha bir futbolçu transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Cim-Bom" "Nottingem Forest"dən Serj Oryeni heyətinə qatıb. Onun keçidi "sarı-qırmızılar"a 100 min avroya başa gəlib. Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Oyunçuya 150 min avro imza bonusu veriləcək.

Qeyd edək ki, o, İngiltərə təmsilçisinin heyətində 36 oyunda 1 qol vurub.

writer photo
İsmayıl Xeyrullayev
0