PSJ “Qalatasaray”ın müdafiəçisini istəyir
10.01.2024 - 23:04
PSJ “Qalatasaray”ın müdafiəçisini istəyir

PSJ "Qalatasaray"ın müdafiəçisi Saşa Boy ilə maraqlanır.

Apasport.az xəbər verir ki, parislilər imzalayaraq müdafiə xəttini gücləndirmək niyyətindədir. 

Fransa klubu yaxın günlərdə müdafiəçi Nordi Mukiele ilə yollarını ayıracaq. PSJ Saşanı onun potensial əvəzləyicisi kimi görür. Müqavilə cari transfer pəncərəsi zamanı bağlana bilər. 

Qeyd edək ki, 23 yaşlı Boy 2021-ci ilin iyulundan "Qalatasaray"ın futbolçusudur.

 

 

writer photo
İsmayıl Xeyrullayev
0