“Sevilya” mövsümün sonunu gözləyir
10.02.2024 - 20:50
“Sevilya” Serxio Ramos və Xesus Navasla bağlı qərarını mövsümün sonunda verəcək.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisinin rəhbərliyi çempionatın sonunu gözləməyi məqsədəuyğun sayıb.
Buna komandanın turnir cədvəlindəki durumu səbəb olub. 23 turdan sonra 15-ci pillədə olan “Sevilya” aşağı liqaya yuvarlanma zonasından cəmi üç xal uzaqdadır. Hər iki müdafiəçi klubda qalmağa razıdır. Lakin Ramos müqavilənin şərtlərinin dəyişdirilməsini istəyir.
Qeyd edək ki, La Liqanın cari mövsümündə Ramos 13, Navas 16 matç keçirib. Serxionun hesabında 1 qol da var.
- “Formula 1”: Üçüncü sərbəst yürüşə yekun vuruldu - YENİLƏNİB
- "Qarabağ” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- Mate Kvirkviya: “Məqsədimiz xal qazanmaqdır”
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Belajdi Pusi: "Neftçi"dən daha yaxşı oynadığımızı düşünürəm"
0
0