“Real”ın futbolçusu Mərakeş millisi yolunda
04.03.2024 - 00:15
“Real”ın futbolçusu Mərakeş millisi yolunda

"Real"ın yarımmüdafiəçisi Brahim Diaz Mərakeş millisində çıxış edə bilər.

Apasport.az xəbər verir ki,  İspaniya vətəndaşlığı daşıyan futbolçu üçün yeni ehtimal yaranıb.

24 yaşlı oyunçu yığmanın qarşıdakı yoldaşlıq oyunlarına çağırıla bilər. Hazırda Mərakeş Futbol Federasiyası lazımi sənədləri hazırlayır. Millinin baş məşqçisi Valid Reqraqi "Real"ın yarımmüdafiəçisinə komandasında əsas rol oynayacağını vəd edib.

Qeyd edək ki, Diaz İspaniyanın Malaqa şəhərində dünyaya gəlib.

writer photo
İsmayıl Xeyrullayev
0