"Real" Mbappeyə ildə 26 milyon avro təklif edir
07.01.2024 - 20:51
"Real" Mbappeyə ildə 26 milyon avro təklif edir

"Real"ın PSJ-nin hücumçusu Kilian Mbappeyə təklif etdiyi şəxsi müqavilənin şərtləri məlum olub.

Apasport.az xəbər verir ki, madridlilər forvardla illik 26 milyon avro maaşla müqavilə imzalamağı planlaşdırır.

Həmçinin, ulduz futbolçuya 130 milyon avro imza bonusu veriləcək. Qeyd olunur ki, məvacib 2022-ci ildəki təkliflə müqayisədə azalıb. Bununla belə, Mbappe transferi reallaşsa, o, komandanın ən çox maaş alan oyunçusu olacaq.

Qeyd edək ki, 25 yaşlı fransalının Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər gələcəyi ilə bağlı qərar verəcəyi bildirilir.

writer photo
İsmayıl Xeyrullayev
0