Ronaldo Messini geridə qoydu
17.02.2024 - 22:31
Ronaldo Messini geridə qoydu

Kriştiano Ronaldo daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, o, penaltilər istisna olmaqla, vurulan qolların sayında Lionel Messini qabaqlayıb.

"Əl-Nəsr"in forvardı Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turunun "Əl-Fateh"lə oyunun 17-ci dəqiqəsində hesabı açıb. Bununla da, superulduz oyundan 714-cü dəfə fərqlənib. “İnter Mayami”də çıxış edən argentinalının aktivində isə 713 belə qol var.

Qeyd edək ki, ümumilikdə Ronaldo 1206 matçda 875, Messi isə 1047 oyunda 821 dəfə adını tabloya yazdırıb.

writer photo
İsmayıl Xeyrullayev
0