"Sportinq" Qyökereşə əvəzləyici tapdı: İSPANİYADAN PORTUQALİYAYA
21.07.2025 - 10:54
"Sportinq"də ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Viktor Qyökereş komandanı tərk etmək niyyətindədir.
Portuqaliya təmsilçisi artıq ona əvəzləyici tapıb.
Klub "Almeriya"nın hücumçusu Luis Xavyer Suareslə yaxından maraqlanır. Tərəflərin transferdə razılığa gəldiyi bildirilir. Son detallar da həll olunduqdan sonra forvard yeni komandasına qoşulacaq.
O, ötən mövsüm İspaniya Sequndasında 41 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qyökereşin "Arsenal"a keçməyə yaxın olduğu bildirilir.
- Nazim Sadıxov: “Bu, mənim arzumun reallaşmasıdır”
- Eren Aydın: AZƏRBAYCAN MİLLİSİNDƏ OYNAMAĞA İSTİ YANAŞARAM
- “Qarabağ” kubok və qızıl medallara qovuşdu - VİDEO
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
0
0