“Vest Hem”in hücumçusu Premyer Liqa klublarının hədəfində
10.01.2024 - 21:20
“Vest Hem”in hücumçusu Premyer Liqa klublarının hədəfində

“Vest Hem”in hücumçusu Məhəmməd Səid Benrahma komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

"Brentford" cari qış transfer pəncərəsində forvardı heyətinə qatmaq niyyətindədir. Həmçinin, “Fulhem” və “Vulverhempton” da 28 yaşlı futbolçu uğrunda mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, o, 2021-ci ilin yanvarında "Vest Hem"ə qoşulub.

writer photo
İsmayıl Xeyrullayev
0