"Yuventus" hücumçu transferini bitirmək arzusunda
02.02.2026 - 15:15
"Yuventus" hücumçu transferini bitirmək arzusunda

"Yuventus" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi Aleksandr Sörlotla yaxından maraqlanır.

İtaliya klubu hücumçunu qış transfer pəncərəsi bitənədək rənglərinə bağlamağı planlaşdırır.

"Qoca sinyora"nın yaxın saatlarda onun keçidi üçün "Atletiko" ilə təmasa keçəcəyi bildirilir.

Qeyd edək ki, Sörlot bu mövsüm La Liqada 21 matçda meydana çıxıb və 7 qol vurub.