Ziyeş "Çelsi"yə qayıda bilər
02.01.2024 - 22:21
Ziyeş "Çelsi"yə qayıda bilər

"Qalatasaray" Hakim Ziyeşi komandadan göndərmək niyyətindədir.

Apasport.az NTVSpor-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisində icarə əsasında çıxış edən futbolçu klubu tərk edə bilər.

İstanbullular onunla əməkdaşlığa son qoymaq variantını ciddi şəkildə nəzərdən keçirir. “Qalatasaray” 30 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır. Ziyeşin yanvarda "Çelsi"yə qayıda biləcəyi vurğulanır.

Qeyd edək ki, orta xətt oyunçusu bu mövsüm Türkiyə klubunun heyətində 14 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0