"Qarabağ" - "Sabah" matçı tarixə düşüb
02.06.2025 - 12:12

Azərbaycan kubokunun 2024/25 mövsümünün finalında 5 qol vurulub.
Apasport.az xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.
Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.
Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.
- "Betis” və "Haydenhaym"dan səfərdə inamlı qələbə - YENİLƏNİB
- Ramin Quliyev: “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı"
- Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
- Millimizin üzvü Astanada bürünc medal qazanıb
- Emil Mustafayev: "İndidən başqa məsələ haqda düşünmürəm"
0
0