24–27 dekabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, dörd gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu mübarizə aparacaq.
Gənclər arasında ölkə birinciliyində 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında Azərbaycan çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) iştirak edəcək.
2026-cı ilin daxili yarışlar proqramına əsasən, gənclər arasında ölkə birinciliyində 2009–2011-ci il təvəllüdlü idmançılar, böyüklər arasında isə 2008-ci il və daha böyük yaş qruplarına aid taekvondoçular yarışacaqlar.
Çempionatın ilk üç günündə gənclər arasında ölkə birinciliyinin qarşılaşmaları keçiriləcək. Böyüklər arasında Azərbaycan çempionatının görüşləri isə yarışın son günü – dekabrın 27-də baş tutacaq.
Qeyd edək ki, yarışın açılış mərasimi dekabrın 25-də saat 15:00-da keçiriləcək.
- Premyer Liqada yeni mövsümün start tarixi müəyyənləşdi
- Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir
- “Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı
- Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar
- Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi