"Liverpul" məşhur "Adidas" şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb.
“Adidas” yenidən klubun rəsmi tərəfdaşı olacaq və yeni, çoxillik ortaqlıq haqqında razılığa gəlinib. “Adidas” “Liverpul”un qadın və gənclər komandalarına, həmçinin klubun işçilərinə də futbol, məşq və gündəlik geyinmələri üçün formalar təqdim edəcək.
Tərəflər bir neçə dövr ərzində, ilk növbədə 1985-ci ildən 1996-cı ilə, sonra isə 2006-cı ildən 2012-ci ilə qədər tərəfdaşlığa malik olublar. Bu müddət ərzində “qırmızılar” üç Premyer Liqa titulunun və üç İngiltərə kubokunun qalibi də daxil olmaqla çoxsaylı mükafatlar qazanıb.
- Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görülüb
- Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok
- Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər
- De Bleker: "Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil"
- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır