
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 42.3);
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun 7 nömrəli futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalansın, “Qarabağ” klubu 3000 manat cərimə edilsin (maddə 43.3, 1);
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);
31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
28.05.2025-ci il tarixində I Liqada pley-offun “Difai” – “Hypers Guba” oyununda “Hypers Guba” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” klubu 150 manat cərimə edilsin (maddə 52.2);.
29.05.2025-ci il tarixində II Liqada pley-offun “Lerik” – “Şirvan” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Lerik” klubu 70 manat cərimə edilsin (maddə 37);
29.05.2025-ci il tarixində II Liqada pley-offun “Lerik” – “Şirvan” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 37);
28 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Dinamo(Bakı) oyununda Şamaxı FK komandasının heyətində N65 futbolçu Tuncay Babayev qarşılaşmanın 50-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
1 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Kəpəz PFK oyununda Sumqayıt FK komandasının heyətində N19 futbolçu İlkin Məmmədov qarşılaşmanın 74-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
1 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy-Səbail PFK oyununda Universal Football Academy komandasının heyətində N10 futbolçu Raul İzzətov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);
1 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Xan Futbol Klubu-Səbail PFK oyununda Səbail PFK komandasının heyətində N3 futbolçu Yusif Əliyev qarşılaşmanın 20-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 39.1);
29.05.2025-ci il tarixində keçirilən futzal üzrə yüksək liqanın 20-ci turunun Şuşa - Yasamal Bakı oyununda Yasamal Bakı komandasının №27 oyunçusu Qurban Orucov oyunun 10-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
29.05.2025-ci il tarixində keçirilən Şuşa - Yasamal Bakı oyununda Şuşa komandasının №85 oyunçusu Aidar Turarovun oyunun 10-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Gənclik İK-Dirçəliş FK oyununun 87 ci dəqiqəsində Dirçəliş FK komandasının 20Nli oyunçusu Namiq Səfərov rəqib oyunçunu vuraraq təhqiredici, qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun cəzalansın (maddə 40.3);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Gənclik İK-Dirçəliş FK oyununda Gənclik İK komandasının 22Nli oyunçusu Serqey Seluqin oyunun 87ci dəqiqəsində rəqibi təhqir etdiyinə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 3 oyun cəzalansın (maddə 43.1);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Gənclik İK-Dirçəliş FK oyununda Gənclik İK komandasının 3Nli oyunçusu Hakim Əmiraslanov oyunun 87ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 3 oyun cəzalansın (maddə 43.1);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Salyan FK — Masallı PFK oyununun 90+6 cı dəqiqəsində Masallı PFK komandasının 9Nli oyunçusu Hüseyn Əsədullayev hakimi nalayiq sözlər istifadə edib təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun cəzalansın (maddə 43.3);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Salyan FK — Masallı PFK oyununda Masallı PFK komandasının 92Nli oyunçusu Əflatun Məmmədov oyunun 90+6 cı dəqiqəsində hakimi nalayiq sözlər istifadə edib,təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun cəzalansın (maddə 43.3);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Salyan FK — Masallı PFK Oyun bitdikdən sonra Masallı PFK komandasının baş məşqçisi Bəxtiyar Mehrəliyev meydana daxil olaraq hakimə etiraz edərək təhqiramiz ifadələr işlətdiyinə görə 5 oyun cəzalansın (maddə 43.4);
01 iyun 2025 ci il tarixində Həvəskarlar liqasının Qaradag Şıxlar-Lokomotiv oyunu Lokomotiv komandası təyin edilən vaxtda meydana çıxmadığına görə baş tutmadığı üçün Lokomotiv komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
31.05.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının yarımfinal cavab oyunu “Səbail PFK-Sumqayıt PFK” oyununun 30-cu dəqiqəsində Sumqayıt PFK komandasının baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna, 1ci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4)
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- Dörd klub "Barselona"nın müdafiəçisi ilə maraqlanır
- Ülvi İsgəndərov: "Onun yoxluğu bizim üçün çətindir" - Müsahibə
- Aslan Kərimov: “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik"