"Kəpəz" yeni mövsümü düşünür: Onlar komandadan göndəriləcək
25.04.2025 - 16:58

“Kəpəz” mövsüm başa çatdıqdan sonra bəzi legionerləri və yerli futbolçuları ilə yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, yeni sezon iddialılar sırasında olmağı arzulayan Gəncə təmsilçisi Şevroni Mabatşoyevlə yoluna davam etməyəcək.
Tacik futbolçunun müqavilə müddəti artırılmayacaq.
Amma “Kəpəz”in gözdən çıxardığı tək legioner Mabatşoyev deyil.
Daha bir neçə legionerin komandadan göndəriləcəyi və daha yüksək ödənişli, yeni oyunçuların kollektivə cəlb olunacağı gözlənilir.
0
0