"Mançester Yunayted"in futbolçusu "Əl-Hilal"la danışıqlar aparır
30.05.2025 - 12:53

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanında çıxış edə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Əl-Hilal”ın təklifini ciddi şəkildə nəzərdən keçirir.
Fernandesin agenti Miqel Pinyu bu həftə Ər-Riyada gedərək klub rəhbərliyi, o cümlədən prezident Fahad bin Nafellə görüşüb.
“Əl-Hilal” Klublararası dünya çempionatından əvvəl heyətini gücləndirmək niyyətindədir və Fernandesin transferini prioritet hesab edir.
- "Real" açıqladı: Ançelotti dövrü rəsmən başa çatdı
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
- Arda Turanın komandasından darmadağın: "Beşiktaş"la rəqib ola bilər
- “Milan”, “Napoli” və “Roma” eyni forvardla maraqlanır
0
0