19 yaşadək badmintonçularımız Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüblər.
Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırmalı olublar.
Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.
- Premyer Liqada yeni mövsümün start tarixi müəyyənləşdi
- "Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır
- Arda Turanın komandasından darmadağın: "Beşiktaş"la rəqib ola bilər
- Füzuli Məmmədov: "Qarabağ" bu cür rəqiblərə öyrəşib" - Açıqlama
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü