Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
09.06.2025 - 10:36
Yeniyetmə badmintonçularımız Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.
Yeniyetmə badmintonçularımız daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında qazanıb. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.
- "Fənərbaxça"da seçki tarixi bəlli olub - Ali Koç açıqladı
- Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- "Trabzonspor" - "Qalatasaray" matçının hakimi açıqlanıb
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
0
0