UEFA Çempionlar Liqasının VII turunda "Tottenhem" klubu doğma meydanda Almaniyanın "Borussiya Dortmund" komandasını 2:0 hesabı ilə məğlub edərək azarkeşlərini sevindirib.
Apasport.az xəbər verir ki, London təmsilçisi Avropa klub turnirində ev oyunlarında diqqətçəkən nəticə ilə yadda qalıb.
Belə ki, “Tottenhem” Çempionlar Liqasında öz meydanında keçirdiyi dörd oyunun hamısında qapısını toxunulmaz saxlayaraq qələbə qazanıb.
“Spurs”un ev oyunlarındakı nəticələri belədir:
“Tottenhem” – “Vilyarreal” 1:0
“Tottenhem” – “Kopenhagen” 4:0
“Tottenhem” – “Slaviya” 3:0
“Tottenhem” – “Borussiya Dortmund” 2:0
Qeyd edək ki, London klubu hazırda Çempionlar Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Tottenhem” son turda səfərdə Almaniyanın "Ayntraxt Frankfurt" komandası ilə üz-üzə gələcək.
- "Anderlext"in baş məşqçisi: "Cavab matçında hər şey mümkündür"
- Jorj Kaşkilya: "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir"
- Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb