"Kəpəz"in maltalı hücumçusu Trent Buhagiar apasport.az saytına müsahibə verib.
- Ötən turda “Kəpəz”in Premyer Liqada qalacağı rəsmiləşdi. İndi komandada ab-hava necədir?
- Hazırda komandada ab-hava çox yaxşıdır. “Kəpəz”in heyəti yaxşı oyunçular və yaxşı insanlardan ibarətdir. Həqiqətən də çox yaxşı kollektivimiz var. Bizim paltardəyişmə otağında hər zaman atmosfer yaxşı olub. Bundan qabaq da, indi də.
- “Kəpəz”in növbəti turdakı rəqibi “Qarabağ” olacaq. Həmin matç haqda nə düşünürsən?
- “Qarabağ” çox yaxşı komandadır. Biz onlarla oyuna hazırlaşırıq. Təbii ki, matç günü də meydanda əlimizdən gələni edəcəyik.
- Maraqlıdır ki, bu mövsüm “Qarabağ”la matçda xal qazana bildiniz. Həmin matçı, o nəticəni təkrarlamaq olarmı?
- Bəli, qeyd etdiyiniz kimi, biz onlarla son matçımızda heç-heçə əldə edə bilmişdik. Qarşıdakı oyundan daha çox xal toplamağa çalışacağıq. İnanırıq ki, meydana çıxıb ən azı bir xal qazana biləcək qədər yaxşı komandayıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- “Kəpəz”də karyeranı və performansını necə qiymətləndirirsən? Özündən daha yaxşı performans gözləyirdin?
- Bəli, düzü, buradakı vəziyyətimin bir az fərqli olacağını gözləyirdim. Amma bu futboldur və bəzən belə də olur.
- Səncə, Misli Premyer Liqası İtaliya B Seriyasından və Avstraliya yüksək liqasından geri qalır? Üç liqa arasında hansı fərqləri görürsən?
- Düşünürəm ki, Misli Premyer Liqası yaxşı çempionatdır. Məncə, burada yetərincə yaxşı matçlar gedir. Fikrimcə, Misli Premyer Liqası İtaliya B seriyası və Avstraliya yüksək liqasından heç də geri qalmır. Sadəcə hər üçü də fərqli liqalardır. Hərəsi özünə görə güclüdür. Amma Azərbaycan çempionatı onlardan geri qalmır. Bu dəqiqdir.
- "Kəpəz"lə müqavilən 2026-cı ildə başa çatacaq. Gələn mövsüm səni "Kəpəz"də görəcəyik, yoxsa qalmaq istəmirsən?
- Bəli, növbəti mövsüm üçün “Kəpəz”lə müqaviləm var. Ona görə də hələlik burada olacam. İndi qarşıdakı oyunlara fokuslanmışam və qarşıdakı iki görüşü düşünürəm.
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- “Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı
- Azərbaycan millisi Avropa kubokunda 8 idmançı ilə təmsil olunur
- Güləşçilərimiz Xorvatiyada 3 medal qazanıblar
- “Əl-Hilal” "Mançester Yunayted"in yarımmüdafiəçisi ilə maraqlanır