Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) debütdə qazaxıstanlı Nurdaulet Kumaruliylə bacarmayıb – 0:10.
Nihat Bəhmənov (55 kq) ermənistanlı Merujan Mxitaryana 5:1, rumıniyalı Patrik Kroitoruya isə 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq onun yarımfinal yolunu qazaxıstanlı Nurali Askar (0:2) bağlayıb.
Hüseyn İsgəndərov (65 kq) ilk mərhələdə niderlandlı Mate Van Osu çətinliklə üstələyib – 5:4. Lakin 1/8 finalda ermənistanlı Janes Nazaryan keçilməz olub – 1:9.
Nicat Yeylaqaliyev (80 kq) yunanıstanlı Stefanos Konstantinosla (8:0) qazaxıstanlı Mardanbek Maxkambayevi (13:5) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Nicat 1/4 finalda gürcüstanlı Luka Martiaşviliyə “tuş”la məğlub olub.
Rihad İbrahimli (110 kq) isə təsnifat mərhələsində özbəkistanlı Sayidəmir Nemətova uduzub – 0:10.
Rəqibləri finala yüksəldiyi üçün Qurban, Nihat, Hüseyn və Nicat sabah təsəlliverici görüşə çıxacaqlar.
- Bədavi Hüseynov “Qarabağ”ın heyətində 250-ci oyuna çıxıb
- Elmar Baxşıyev: "Layiqli mübarizə apardıq"
- Rafa Silva məşqləri bərpa edib
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Türkiyə millisində intizam pozuntusu: Berke Özerə 1 ilədək cəza verilə bilər