“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin nə vaxt meydanlara qayıdacağı dəqiqləşib.
Apasport.az saytına verilən məlumata görə, əzələsində dartınma olan Əliyev hazırda müalicəsini davam etdirir.
Fitnesdə məşqlərə başlayan "Turan Tovuz"un kapitanı 2 gündən sonra yüngül qaçışlara başlayacaq.
32 yaşlı futbolçunun "Araz-Naxçıvan" və "Şamaxı" ilə görüşləri də buraxacağı, ən yaxşı halda isə Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə görüşündə meydana çıxacağı gözlənilir. Çünki futbolçu kollektivlə məşqlərə "Şamaxı" ilə görüşdən sonra başlayacaq.
Qeyd edək ki, Şəhriyar Əliyev bu il hələ ki heç bir oyunda meydana çıxmayıb.
- Millimiz Türkiyədə təlim-məşq toplanışı keçir
- U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- Dubayda Azərbaycanı İbrahim Əliyev təmsil edəcək
- "Barselona" Şesni ilə müqavilə yeniləmək istəyir - Laporta açıqladı