Fransanın “Lion” klubu hələ də ciddi maliyyə problemləri ilə üzləşməkdədir.
Apasport.az xəbər verir ki, klubun ümumi borcu 200 milyon avronu ötüb. Bu göstərici əvvəlki mövsümlə müqayisədə xeyli artıb.
Belə ki, ötən il “Lion”un borcları “cəmi” 176 milyon avro təşkil edirdi.
Məlumata görə, maliyyə öhdəliklərinin böyük hissəsi klubun əvvəlki rəhbəri Con Tekstorun fəaliyyəti dövründə formalaşıb. Borcların artması “Lion”u Avropa Liqasında iştirak hüququnu qorumaq üçün cərimə ödəməyə də məcbur edib. Eyni zamanda, həm əsas komandanın, həm də qadın futbol komandasının oyunçularının maaşlarında azalmalar edilib.
Qeyd edək ki, “Lion” hazırda Fransa çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
- "Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
- Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
- Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubunda
- Bədavi Hüseynov millinin heyətindən çıxarılıb
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb