Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
28.03.2025 - 13:01
May ayında Bakıda təşkil olunacaq mini futbol üzrə dünya çempionatının medalları təqdim olunub.
Apasport.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub.
Qiymətli materiallardan istifadə olunaraq hazırlanan medallar yüksək keyfiyyəti ilə seçilir.
Qeyd edək ki, Bakıda keçiriləcək Dünya çempionatı mayın 22-dən iyunun 1-dək davam edəcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.
- "Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi, çempion oldu
- III MDB Oyunları üçün rəsmi onlayn platforma istifadəyə verildi
- Levandovski Puşkaşın rekordunu qırıb
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- "Milan" A Seriyasının bombardiri uğrunda "Yuventus"la yarışacaq
0
0