Əli Abdullayev beynəlxalq turnirdə yarımfinala yüksəlib
14.03.2025 - 12:54

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.
- AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
- PSJ ulduz futbolçusu ilə 5 illik müqavilə imzalayacaq
- Noyerin sevinci kədərə çevrildi - Klubu açıqladı
- Joze Mourinyo: "Ümid edirəm ki, ağlımdan keçənləri demərəm”
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
0
0