“Bavariya” Bundesliqada ili səfərdə “Haydenhaym” üzərində 4:0 hesablı inamlı qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, Vinsent Kompaninin rəhbərlik etdiyi komanda bununla da 2025-ci ildən etibarən Bundesliqada səfər oyunlarında məğlubiyyətsiz seriyasını qoruyub.
Bu göstərici klub tarixində cəmi üçüncü dəfə qeydə alınıb. Daha əvvəl münhenlilər bu nailiyyətə 2013 və 1986-cı illərdə imza atıblar.
Bundesliqada 15 turdan sonra 41 xalla turnir cədvəlinin zirvəsində qərarlaşan “Bavariya” ən yaxın izləyicisi “Borussiya Dortmund”u (32 xal) geridə qoyur. “Bayer” və “RB Leypsiq” isə hərəyə 29 xalla ilk dördlükdə yer alıb.
- Con Duran "Fənərbaxça"da!
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- "Marsel" Ronaldonun komanda yoldaşı ilə maraqlanır
- De Bleker: "Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil"