Amorim "Mançester Yunayted"dən 14 milyon avro alacaq
16.01.2026 - 19:19
Amorim "Mançester Yunayted"dən 14 milyon avro alacaq

Xəbər verdiyimiz kimi, İngiltərənin "Mançester Yunayted" klubu portuqaliyalı baş məşqçi Ruben Amorimlə yollarını ayırıb.

Apasport.az "The Sun" qəzetinə istinadla xəbər verir ki, bu ayrılıq “qırmızı şeytanlar”a 14 milyon avroya başa gəlib.

Mənbə bildirir ki, Amorim klub daxilində, eləcə də rəhbərliklə münasibətlərinin gərgin olması səbəbindən istefa verməyi düşünürmüş. Lakin onun agenti Raul Kosta məşqçini bu addımı atmamağa və rəhbərliyin qərarını gözləməyə razı salıb.

Nəticədə Ruben Amorim müqaviləyə əsasən təxminən 12 milyon funt sterlinq (14 milyon avroya yaxın) məbləğində təzminat əldə edib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisdən sonra çətin dövr yaşayan “Mançester Yunayted”in baş məşqçi postu Maykl Kerrikə həvalə olunub.