"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Ferencvaroş"la oyun öncəsi mətbuat konfransında açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının son oyunlarda ardıcıl erkən qollar buraxaraq geriyə düşməsindən narazıdır:
“Mən də matçın əvvəlində 2:0 geriyə düşmək istəmirəm. Bu artıq iki dəfə baş verib. Öndə başladığımız, qapımızı toxunulmaz saxladığımız matçlar da olub. Amma böyük komanda olmaq, liderlik uğrunda mübarizə aparmaq istəyiriksə, daha az qol buraxmalıyıq. Buraxdığımız bəzi qolların müdafiə oluna biləcək tərəfi yoxdur. Bir neçə fərqli faktorun üst-üstə düşməsi ilə baş verdi. Mən də istəmirəm ki, komanda 2:0 geri düşsün. Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq. Amma hər oyunu 6:4 qazanacağıqsa, buna razıyam”.
Qeyd edək ki, sabah "Çobani stadionu"nda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
- Yeniyetmə cüdoçular arasında Liqa yarışının II turu start götürüb
- "Fənərbaxça"dan Maximinə cavab: "Hüquqi addımlar atacağıq"
- Çempionlar Liqası: Noyer qol sevinci zamanı zədələndi
- Xabi Alonso: "Oyunçu olmaq məşqçi olmaqdan yaxşıdır"
- Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib