Arrizabalaqa "Arsenal"da - Rəsmi
01.07.2025 - 18:34
İspaniya millisinin keçmiş qapıçısı Kepa Arrizabalaqa Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiper "Arsenal"ın şərəfini qoruyacaq.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Kepa ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. "Arsenal" Arrizabalaqa üçün "Çelsi"yə 5,82 milyon avro ödəyəcək.
İspan futbolçu yeni komandasında 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2018-ci ilin avqustunda Kepa "Çelsi"yə keçərək dünyanın ən bahalı qapıçısı olub.
- Ruzanna Məmmədova Avropa çempionatının finalında
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- Acun Ilıcalıdan iddialı açıqlama: “Premyer Liqaya yüksəlsək..”
- Nigeriya uduzdu, məşqçisi açıqladı: "Bizə cadu etdilər"
- "Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb
0
0