"Atalanta"nın hücumçusu nəhənglərin radarında
29.04.2025 - 08:33
"Atletiko Madrid" "Atalanta"nın hücumçusu Ademola Lukmanı transfer etməkdə maraqlıdır.
Apasport.az “Marca”ya istinadla xəbər verir ki, “Atletiko” rəhrəbliyi nigeriyalının Dieqo Simeonenin sisteminə mükəmməl uyğunlaşacağına düşünür.
"Atalanta" 27 yaşlı futbolçu üçün 60 milyon avro istəyir. Madrid klubu bu tələbi qarşılamağa hazır deyil, ona görə də transfer çətin görünür.
Lukman bu mövsüm 37 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” və “Liverpul” klubları da forvard üçün iddialılar sırasındadır.
- Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”
- “Fənərbaxça”nın “Aston Villa” oyunu üçün heyəti: Qayıdanlar və itkilər
- Millimiz Belarusa yollanıb
0
0